Xerox Alto

Xerox Alto — Qrafikli İstifadəçi İnterfeysi (GUI - Graphic User Interface) istifadə edən ilk kompüter. 1973–cü ildə Xerox Palo Alto Araşdırma mərkəzində inkişaf etdirilib. Bu kompüterin çox tanınmamasının əsas səbəbi onun ticari məqsədlə istehsal edilməməsi idi. Ondan sadəcə 2000 ədəd istehsal edilmiş, Xerox və başqa universitetlərdə istifadəyə verilmişdi. Buna baxmayaraq, Xerox 1981–ci ildə Star adı altında xüsusi bir iş stansiyası ilə şərik bu kompüteri 16000$–a bazara təqdim etdi. Xerox Star və Apple Lisa kimi ilkin nümunələr çox baha olmağı səbəbi ilə çox satmadı.


Developed by StudentB